Dövlət Statistika Komitəsi yeni hesabatlar açıqlayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, sənaye müəssisələri və bu sahədəki fərdi sahibkarlar 2020-ci ilin yanvar-aprel aylarında 13 milyard manatlıq və ya 2019-cu ilin ilk dörd ayına nəzərən 3 faiz çox məhsulu istehsal edib, qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artıb.
Başqa bir hesabata əsasən, yanvar-aprel aylarında əsas kapitala 3 milyard 903,5 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az vəsait yönəldilib, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,8 faiz azalıb.