Ermənistanın Statistika Komitəsi demoqrafik hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2020-ci il aprelin 1-nə ölkənin 2 milyon 956 min 900 nəfər əhalisi olub, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5200 nəfər azdır.
Yanvar-mart aylarında ölkədə ötən ilin ilk rübünə nəzərən 374 nəfər az uşaq doğulduğu, ölüm sayında 18 azalmanın qeydə alındığı vurğulanır.
Hesabata əsasən, aprelin 1-nə nikah sayında ötən ilin eyni dövrü ilə müqayisədə 314 azalma, boşanma sayında 43 artım rəsmiləşib.