Azərbaycan nefti 30 dollardan ucuzdur
- 17 Mart 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
AZƏRTAC-ın 17 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 29,37 dollara satılır. Bu, büdcə qiymətindən 25,63 dollar aşağı qiymətdir.
Novator.az bildirir ki, Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77 dollarla başlayıb.
Neft dünyanı bürüyən koronavirus xəstəliyi fonunda ucuzlaşmağa başlayıb. İri neft ixracatçılarını birləşdirən OPEK və bir neçə qeyri-OPEK ölkəsi martın 6-da hasilatı azaltmaq razılığına gələ bilmədiyi üçün qiymətlər daha kəskin enib.