Azərbaycan nefti iki ayda 16 dollardan çox ucuzlaşıb
- 03 Mart 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Energetika Nazirliyinin 3 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 53,77 dollara satılır.
Novator.az bildirir ki, Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15 dollarla başlayıb.
İlin əvvəli ilə müqayisədə Azərbaycan nefti 16,27 dollar ucuzlaşıb.
Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, yanvarda Azərbaycanın ixracının 93,4 faizi neft-qaz sektoruna aid olub.