Şəhid əsgər dəfn olundu
- 25 Fevral 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Dövlət Sərhəd Xidmətinin şəhid əsgəri İbrahim Vəliyev fevralın 25-i Zərdabın Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
İbrahim Vəliyev fevralın 24-ü Ermənistanla sərhəddə, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində diversiya cəhdinin qarşısı alınarkən şəhid olub.
Report.az-ın məlumatına görə, fevralın 25-i Zərdabın Gəlmə kəndində keçirilən vida mərasiminə Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, ictimaiyyət təmsilçiləri qatılıb.
2001-ci il təvəllüdlü İbrahim Vəliyev əslən kəlbəcərlidir. O, ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıbmış.