UEFA Çempionlar Liqasında 1/8 finalın daha iki oyunu arxada qalıb. Novator.az-ın məlumatına görə, fevralın 19-da keçirilən “Tottenhem” (İngiltərə) – “Leypsiq” (Almaniya) oyununda qonaqlar 1:0 hesabı ilə üstün gəlib.
“Atalanta” (İtaliya) isə evdə “Valensiya”nı (İspaniya) yenib – 4:1.
Fevralın 18-də “Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə) oyunu 1:0, “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) matçı 2:1 hesabı ilə bitmişdi.
1/8 finalın digər oyunları gələn həftə keçiriləcək:
“Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya)
“Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Lion” (Fransa) – “Yuventus” (İtaliya).
1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turniri “Real” 13, “Liverpul” 6, “Bavariya” və “Barselona” 5, “Yuventus” 2, “Borussiya” və “Çelsi” 1 dəfə zirvədə tamamlayıb.