Nazirliyə müraciət statistikası
- 03 Fevral 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərin statistikası açıqlanıb.
Rəsmi hesabata görə, 2020-ci ilin yanvar ayında mərkəzlərə ümumilikdə 11372 müraciət daxil olub.
Telefon məlumat mərkəzində 9409 zəngin qəbul edildiyi, vətəndaşların qəbulu mərkəzində 1963 nəfərə xidmət göstərildiyi bildirilir.
1066 sənədin (363 ərizə, 703 məktub) qəbul olunub qeydiyyata alındığı vurğulanır.