Mərkəzi Bank yanvarın 28-də avro (1,8738 manat), Gürcüstan larisi (0,5888 manat) və Rusiya rublunu (0,0270 manat) ucuzlaşdırıb.
ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində qalıb, bahalaşan Türkiyə lirəsi isə banklara 0,2860 manata təklif olunur (Valyutalar).
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb.
Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün 2019-cu ildə keçirdiyi valyuta hərraclarında 6 milyard 593,7 milyon ABŞ dolları məbləğində vəsait sərf edib.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.