“Avroviziya”: 10 təmsilçi bəllidir
- 27 Yanvar 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Novator.az “Avroviziya 2020” mahnı müsabiqəsi iştirakçılarının siyahısına nəzər yetirib. Mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək yarışa 41 ölkə qatılır. Yanvarın 27-dək onların 10-u təmsilçisini müəyyənləşdirib:
Albaniya – Arilena Ara
Avstriya – Vinsent Bueno
Belçika – “Huverfonik” qrupu
Bolqarıstan – Viktoriya Georgiyeva
Fransa – Tom Lib
Gürcüstan – Tornike Kipiani
İspaniya – Blas Kanto Moreno
Kipr – Alessandro Rütten (Sandro Nikolas)
Niderland – Janqyu Makroy
Şimali Makedoniya – Vasil Qarvanliyev.
1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir.