Dövlət Statistika Komitəsi inflyasiya göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ildə istehlak qiymətləri 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2 faiz artıb.
2005-ci ildə Azərbaycanda 9,6 faiz, 2006-cı ildə 8,3 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz inflyasiya qeydə alındığı açıqlanıb.
Sonrakı illərin rəsmi göstəriciləri belədir:
2009-cu il – 1,5 faiz
2010-cu il – 5,7 faiz
2011-ci il – 7,9 faiz
2012-ci il – 1,1 faiz
2013-cü il – 2,4 faiz
2014-cü il – 1,4 faiz
2015-ci il – 4 faiz
2016-cı il – 12,4 faiz
2017-ci il – 12,9 faiz
2018-ci il – 2,3 faiz.