Novator.az 2019-cu ilin itkilərinə nəzər salıb.
Yanvarda alim Toğrul Bağırov, veteran futbolçu, məşqçi, idman xadimi Adil Nadirov, diplomat Eleonora Hüseynova vəfat ediblər.
Fevralda aktyor Sergey Yurski, rəssam Altay Hacıyev, jurnalist Natiq Qocaman vəfat ediblər.
Martda filosof Babək Qurbanov dünyasını dəyişib.
Apreldə rejissor Rövşən Almuradlı dünyasını dəyişib.
Mayda bəstəkar, pedaqoq, alim Arif Məlikov, şair Dəmir Gədəbəyli, nasir, tərcüməçi, Hamlet Qoca vəfat ediblər.
İyunda jurnalist, pedaqoq, alim, ictimai xadim Şirməmməd Hüseynov, nasir, publisist Məhəmməd Baharlı, mərhum prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva vəfat ediblər.
İyulda sabiq prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova, veteran futbolçu Ələddin Ələkbərov, parodiyaçı Həsən Cəbrayılov, yazıçı İkinci Mahmud (Ağakişiyev), reklamçı Hacıəmi Atakişiyev vəfat ediblər.
Avqustda pedaqoq, alim Pənah Xəlilov, şair Oqtay Rza, siyasətçi, Demokratik Azərbaycan Dünyası Partiyasının qurucusu Məmməd Əlizadə vəfat ediblər.
Sentyabrda şair, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim Abbas Abdulla, siyasətçi, pedaqoq, alim, ictimai xadim Vurğun Əyyub, rəssam Tahir Tahirov, naşir Nazim İbrahimov vəfat ediblər.
Həmin ay hüquqşünas Firudin Ələkbərli öldürülüb.
Oktyabrda ilahiyyatçı, pedaqoq, alim Vasim Məmmədəliyev, pedaqoq, alim, ictimai-siyasi xadim Firudin Səməndərov vəfat ediblər.
Noyabrda şair Şamxal Rüstəm dünyasını dəyişib.
Dekabrda rəssam Cəmil Müfidzadə, siyasətçi Yevda Abramov, kinorejissor Yalçın Əfəndiyev, balet ustası Çimnaz Babayeva, dəniz gəmiçiliyi üzrə mütəxəssis Aydın Bəşirov vəfat ediblər.