Bahalaşma: rəsmi göstəricilər açıqlanıb
- 12 Dekabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin necə dəyişdiyini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ilin yanvar-noyabr aylarında istehlak 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 3,8 faiz, qeyri-ərzaq malları 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,1 faiz bahalaşıb.
Noyabr ayında istehlak qiymətlərinin oktyabr ayına nisbətən 0,5 faiz artdığı vurğulanır.