UEFA Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. Novator.az-ın məlumatına görə, 2020-ci il fevralın 18-də start götürəcək 1/8 finala bu komandalar yüksəlib: PSJ, “Lion” (Fransa), “Real”, “Atletiko”, “Barselona”, “Valensiya” (İspaniya), “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq” (Almaniya), “Tottenhem”, “Mançester Siti”, “Liverpul”, “Çelsi” (İngiltərə), “Atalanta”, “Yuventus”, “Napoli” (İtaliya).
1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turniri “Real” 13, “Liverpul” 6, “Bavariya” və “Barselona” 5, “Yuventus” 2, “Borussiya” və “Çelsi” 1 dəfə zirvədə tamamlayıb.