Noyabrın 20-də ABŞ dolları (1,7 manat) və Rusiya rublunun (0,0266 manat) rəsmi məzənnələri dəyişməz qalıb.
Mərkəzi Bank dəyər itirən avronu 1,8823, Gürcüstan larisini 0,5717 manata təklif edir.
Türkiyə lirəsinin kursu isə 0,2978 manata yüksəlib (Valyutalar).
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb. Dolların indiki rəsmi qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 167,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.