Avropanın aparıcı milli futbol çempionatlarında qısa fasilə start götürüb.
Novator.az bildirir ki, İngiltərə çempionatında 12 turda 34 xal yığan “Liverpul” liderlik edir. “Lester” və “Çelsi” 26, “Mançester Siti” 25 xal götürüb.
İspaniya çempionatında “Barselona” və “Real” 12 oyuna 25 xalla öndə dururlar. 13 oyun keçirən “Atletiko” və “Sevilya”nın 24, “Real Sosyedad”ın 23 xalı var.
İtaliya çempionatında 12 turun ardından 32 xalla “Yuventus” ilk sıradadır. “İnter” 31, “Latsio” və “Kalyari” 24 xal qazanıb.
Almaniya çempionatına 11 tura 25 xal götürən “Borussiya” (Mönhenqladbah) başçılıq edir. “Leypsiq”, “Bavariya” və “Frayburq” 21 xal yığıb.
Fransa çempionatında PSJ 13 turda 30, “Marsel” 22, “Anje” və “Sent-Etyenn” 21 xal əldə edib.