“Bizim gücümüzün mənbəyi budur”
AZƏRTAC prezident İlham Əliyevin 28 oktyabr çıxışlarının mətnlərini yayıb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılışı zamanı kollektivlə görüşən dövlət başçısı deyib ki, müəssisədə 50-dən çox iş yeri yaradılıb: “Gələcəkdə iş yerlərinin sayı daha çox olacaq. Burada iş şəraiti də,...
Seymur Həzinin şikayəti: qərar verildi
Oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü, jurnalist Seymur Həzinin şikayətinə baxıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin Seymur Həziyə inzibati həbs cəzasının verilməsi barədə qərarını qüvvədə saxlayıb. Demokratik Qüvv...
Ermənistan hərbi xərclərini nə qədər artırır?
Ermənistan parlamenti 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlayıb. Novator.az xəbər verir ki, layihədə xərclər 1 trilyon 880,2 milyard dram (3,9 milyard dollara yaxın), gəlirlər 1 trilyon 697,6 milyard dram (3,6 milyard dollar) göstərilir. Proqnoza əsasən, müdafiə xərcləri 2019-cu ...
Prezidentin Ağdaş səfəri
Oktyabrın 28-də prezident İlham Əliyev Ağdaş rayonuna baş çəkib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılışına, Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasiminə qatılıb. İlham ...
2020-ci il büdcəsinin gəlir mənbələri
2020-ci ilin dövlət büdcəsi layihəsində gəlir proqnozu 24 milyard 134,5 milyon manatdır. Novator.az-ın məlumatına görə, büdcədə bu gəlir mənbələri yer alır: Dövlət Neft Fondundan daxilolma – 11 milyard 350 milyon manat Əlavə dəyər vergisi – 4 milyard 735 milyon manat Hüquqi şəxslərin mənfəət (gəlir)...
Qəbələdə açılışlar
Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub. Arayışa görə, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün istixanaların quraşdırılması işlərinə 2017-ci ildən baş...
Qafqazdakı bələdiyyələrin müqayisəli təhlili
İqtisadçı Rövşən Ağayev Bakuresearchinstitute.org saytında dərc olunan yazısında Cənubi Qafqazda yerli özünüidarə sistemini müqayisəli təhlil edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, əksmərkəzləşmə, demokratik yerli özünüidarənin formalaşdırılması baxımından keçmiş SSRİ məkanını 2 hiss...
“Milli azlıqların bədii yaradıcılıq antologiyası”: növbəti təqdimat
Qəbələ rayonunda “Milli azlıqların bədii yaradıcılıq antologiyası” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Yaradıcılıq Fondunun QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı “Azərbaycanda yaşayan milli azlıqların söz yaradıcılıqları” layihəsi çərçivəsində çap olunub. Təqdimat ...
Arif Hacılı 5 nəfərdən müsbət cavab alıb
Müsavat başqanı Arif Hacılı dəyirmi masaya dəvət etdiyi 8 nəfərin 5-dən müsbət cavab alıb. Oktyabrın 23-də Arif Hacılı yeni təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb: “Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığı tələb olunur....
Yaşıl meydanlarda
İngiltərə milli futbol çempionatında 10-cu tur başa çatıb. Novator.az-ın məlumatına görə, turnir cədvəlinə 28 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 22, “Lester” və “Çelsi” 20 xal götürüb. İtaliya çempionatında 9 turdan sonra 23 xalla “Yuventus” liderdir. “İnter” 22, “Atalanta” 20, “Napoli...
Valyutaların yönü
Oktyabrın 28-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7 manat səviyyəsində saxlanıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank Rusiya rublunun kursunu da dəyişməyib: 0,0266 manat. Ucuzlaşan avro banklara 1,8840, BƏƏ dirhəmi 0,4628, Gürcüstan larisi 0,5776, İngiltərə funt sterlinqi 2,1787, Türkiyə lirəs...
Prezident kürsüsü müxalif namizədə qismət oldu
Argentinada oktyabrın 27-də keçirilmiş prezident seçkisi sol mərkəzçi müxalif namizəd Alberto Fernandesin qələbəsi ilə başa çatıb. Novator.az-ın məlumatına görə, o, 47,8% səslə önə çıxıb. İndiki dövlət başçısı Maurisio Makri 40,6% səs yığıb. Ölkə qanunlarına əsasən, prezident seçkisinin ilk turunda ...
İki yerdən biri
Demokratik Qüvvələrin Milli Şurası yenə paytaxtda mitinq keçirmək qərarı verib. Novator.az-ın məlumatına görə, noyabrın 2-si saat 15-ə təyin olunmuş aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətindən iki yerdən biri istənir: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayo...
Məişət tullantılarının idarə edilməsi: təkliflər var
Dayanıqlı inkişafın təmin edilməsi işində həlli xüsusi vacib məsələlərdən biri məişət tullantılarının idarə edilməsinin müasir tələblərə uyğun qurulmasıdır. Böyük Bakını əhatə edən zonada bu sahədə həyata keçirilən işlər bəllidir. Amma araşdırmalar göstərir ki, bölgələrdə və kənd yerlərində bu sahəd...
ABŞ Konqresində erməni layihəsi
ABŞ Konqresinin aşağı instansiyası olan Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsinə baxmağa hazırlaşır. Novator.az-ın məlumatına görə, Amerika Erməniləri Milli Komitəsi oktyabrın 25-də “Erməni soyqırımına dair ABŞ protokolunun təsdiqi” adlanan layihənin gələn həftə s...
Neft Fondunun 42,5 milyard dollarlıq aktivi var
Oktyabrın 25-də açıqlama yayan Dövlət Neft Fondu (DNF) bəyan edib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında büdcə gəlirləri 14 milyard 715,2 milyon manat, büdcə xərcləri 7 milyard 680,4 milyon manat olub. 2019-cu ilin büdcəsinə 7 milyard 536 milyon manatın köçürüldüyü, qaçqın və məcburi köçkün ailə...
“Sərhədlərin güc yolu ilə dəyişdirilməsi yolverilməzdir”
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 25-i Bakıda, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündəki çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və əra...
Nigar Həzi: “Seymurun əhvalı əladır”
Müsavat Məclisinin üzvü Nigar Həzi oktyabrın 25-də Bakının Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan yoldaşı Seymur Həzi ilə görüşüb. Novator.az-ın məlumatına görə, Nigar Həzi özünün “Facebook” səhifəsində Seymurla ilk dəfə bir araya gəldiyini yazıb: “İnzibati...
UEFA-nın klub reytinqi
Novator.az UEFA-nın klub reytinqinə nəzər salıb. 2019-2020-ci illər mövsümündə klub turnirlərinə 237 komanda buraxılıb. Mübarizəni qrup raundlarında 55 UEFA üzvündən 29-nun təmsilçiləri davam etdirir: Çempionlar Liqasında 32, Avropa Liqasında 48 klub oynayır. Çempionlar Liqası və Avropa Liqasının qr...
25 oktyabr qiymətləri
Dünya birjalarında neftin qiyməti müxtəlif cür dəyişib. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barreli 61,44 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 55,98 dollara düşüb. Dəyər artıran Azərbaycan nefti “AzəriLayt”ın bir barreli isə 65,66 dollara satılı...