“Meydan TV”nin məsələsinə yenidən baxılacaq
“Meydan TV” internet televiziyasının Meydan.tv saytının bloklanması məsələsinə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılacaq. Meydan.tv saytı 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə bloklanıb. 2019-cu il aprelin 23-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Sentya...
Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı
Sentyabrın 25-də Ali Məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirovun cinayət işi üzrə kassasiya şikayətinə baxışı tamamlayıb. Novator.az bildirir ki, Gədəbəy Rayon İcra Hakimiy...
Ev satanda vergi necə hesablanır?
Əmlak vergisi necə hesablanır? Vergiler.az bu sualla iqtisadçı Ruslan Atakişiyevə üz tutub. Ekspert deyib ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə vergi verməlidir, torpaq sahəsinin təqdim olunması da vergiyə cəlb edilir: “Yaşayış yeri ...
Rusiyalılar nə qədər pensiya alır?
Rusiyanın Pensiya Fondu yeni statistika açıqlayıb. Novator.az xəbər verir ki, fondun hesabatında ölkə üzrə orta pensiya məbləği 14,2 min rubl (1000 rubl 26,6 manatdır) göstərilir. Rəsmi məlumata görə, ən yüksək pensiyanı Çukot Muxtar Mahalının sakinləri alır: 24,3 min rubl. İlk beşlikdə Maqadan vila...
Reportyorlar (41)
Firuzə Davudqızı *** …Aydanı divana uzadıb üzünə su vuraraq oyatmağa çalışırdılar ki, bu vaxt həyətin qapısı açıldı. Nadir dilxor halda, yorğun və yuxusuz bir əhvalla həyətə daxil oldu. Dünənki şuxluğundan, gümrahlığından onda əsər-əlamət qalmamışdı. Sanki bir günün içində yüz il qocalmışdı. Ş...
Azərbaycan-Türkiyə-Gürcüstan təlimində
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin Bakıda keçirilən “Qafqaz Qartalı – 2019” birgə təlimindən məlumat yayılıb. Mod.gov.az-ın 25 sentyabr xəbərinə görə, xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları...
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi açılıb
Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Arayışa görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı...
Vurğun
Novator.az “Facebook” şəbəkəsində mərhum siyasətçi, pedaqoq, alim, ictimai xadim Vurğun Əyyub barədə qeydlərə nəzər salıb. 1957-ci il təvəllüdlü Vurğun Əyyub sentyabrın 24-də vəfat edib. Filoloq olan Vurğun Əyyub Azərbaycan Dövlət Pedaqoji Universitetində, Türkiyənin Qars şəhərindəki Qafqaz Universi...
Naxçıvanın sosial-iqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri açıqlanıb. Novator.az-ın məlumatına görə, bölgənin rəsmi statistika qurumu bildirir ki, 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada 1,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2018-ci ilin eyni dövrü ilə m...
Peşəkar media vətəndaş jurnalistikasından necə faydalana bilər?
Rövşən Əliyev Siz Azərbaycanın ana axın mediasına nəzər yetirin. Maddi-texniki təminat sarıdan nələri yoxdur? Ancaq niyə izləyci sayına görə bəzən adi bir bloqa uduzurlar? Niyə yüzlərlə işçisi olan və efir dalğası olan TV kanalları bəzən bir-iki nəfərin açdığı onlayn kanal qədər izlənilmir? Onda sua...
Yenilənmiş Millətlər Liqası
UEFA yığma komandaların yarışı olan Millətlər Liqasının qrup mərhələsində islahat qərarı çıxarıb: 2020-ci ilin turnirində A, B, C divizionlarının hər birində 16, D divizionunda isə 7 milli komanda mübarizə aparacaq. Novator.az divizionların tərkibini təqdim edir: A divizionu Portuqaliya Hollandiya İ...
KİV-in nəzarət mexanizmi niyə çalışmır?
Seymur Kazımov Müasir dövrdə media siyasi konfliktlərin əsasını təşkil edir, lap dəqiq ifadə etsək, onları yaradır. Bunun üçün ilk növbədə ictimai rəyin işlədiyi cəmiyyətlər olmalıdır. Harada ki, bu cür rəy yoxdur, siyasətçilərin, fikir adamlarının cəmiyyət qarşısında öhdəliyi, məsuliyyəti də yoxdur...
Evin qeydiyyatı üçün tələb olunan sənədlər
Əmlak Məsələləri Dövlət Komitəsi arayış yayıb. Novator.az bildirir ki, arayışa görə, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir: “Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa e...
Valyutaların yönü
Mərkəzi Bank sentyabrın 25-də avronun məzənnəsini 1,8692 manata qaldırıb. Novator.az-ın məlumatına görə, İngiltərə funt sterlinqi (2,1190 manat) və Türkiyə lirəsi də (0,2984 manat) bahalaşıb. ABŞ dollarının rəsmi kursu 1,7, BƏƏ dirhəmi 0,4628, Rusiya rublu 0,0266 manat həddində qalıb. Dəyər itirən Ç...
Əfqan müraciətləri nəzərə aldı
Bakının Qaradağ rayonundakı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb. Sentyabrın 24-də Azadliq.org-a danışan hüquq müdafiəçisi Samir Əsədli belə deyib. Onun sözlərinə görə, jurnalist səhhətində yaranan problemi və müraciətləri nəzərə alaraq bu ad...
Vəkilin cəzası ləğv edilib
Adil İsmayılovun vəkillik fəaliyyətini bir il müddətinə dayandıran qərar ləğv olunub. Xəbəri “Azadlıq” radiosu yayıb. Novator.az bildirir ki, Adil İsmayılov 1957-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox tanınmış şəxsin, o cümlədən 2004-cü ildə Macarıstan...
“Yoxluğunu düşünmək nə zülmmüş”
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-da çalışan Qubad İbadoğlu özünün “Facebook” səhifəsində Vurğun Əyyubdan yazıb. Siyasətçi, alim, ictimai xadim Vurğun Əyyub sentyabrın 24-də vəfat edib. Vurğun Əyyub 1957-ci ildə doğulub. Filologiya elmləri namizədidir. Azərbaycan Xalq Cəbhəsinin...
Boşanmalar: ayların və illərin göstəriciləri
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda boşanmalar 13 faizdən çox artıb. Yeddi ayda ölkədə 9793 boşanma rəsmiləşib. Bir il əvvəlin eyni dövründə 8538 boşanma olmuşdu. Novator.az bildirir ki, bütövlükdə 2018-ci ildə ölkədə 14857 boşanma qeydə alı...
Hərrac qiymətləri yüksəltdi
Əmlak Məsələləri Dövlət Komitəsinin 24 sentyabr hərracında 11 dövlət əmlakına ümumilikdə 27 sifariş qəbul edilib. Rəsmi məlumata görə, Ağdaş şəhərində ümumi faydalı sahəsi 12 kvadratmetr olan qeyri-yaşayış sahəsi 1250 manata özəlləşdirilib. 2009-cu ildə buraxılmış “Volkswagen Passat” markalı avtomob...
Vəkil Nemət Kərimli Əfqan Muxtarlıya baş çəkib
Sentyabrın 24-də vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalist Əfqan Muxtarlı ilə görüşüb. Nemət Kərimli Əfqan Muxtarlı ilə sentyabrın 20-də də görüşmüşdü. Vəkil bəyan etmişdi ki, həmin gün cəzaçəkmə müəssisəsində onu görüş ərəfəsində və görüşdən sonra gözlədiblər, üzər...