Ağsu: icra başçısı dəyişdi
Sentyabrın 30-da prezident İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevi Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Ənvər Seyidəliyev 2007-ci ilin dekabrından Ağsunun...
Fədayə Laçının cəzası 3 il azaldıldı
Sentyabrın 30-da Bakı Apellyasiya Məhkəməsi məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova) və başqa şəxslərin şikayəti üzrə prosesi başa çatdırıb. 2017-ci il oktyabrın 23-də Astaradan Bakıya etap olunan məhbuslar Etibar Məmmədov və Əli Ağami Biləcəri qəsə...
6-cı başqan ikinci müddətə gedir
Arif Hacılı yenidən Müsavat başqanlığına namizədliyini irəli sürüb. Oktyabrın 12-si Bakıda Müsavat Partiyasının 9-cu qurultayı keçirilməlidir. Qurultayda Müsavat Məclisinin rayon (şəhər) təşkilatı sədri olmayan üzvləri, partiyanın başqanı və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçiləcək. Başqan postu...
Oktyabrda hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departament oktyabr ayının hava proqnozunu açıqlayıb. Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur proqnozu 15-17 dərəcə isti (gecələr 14-19, gündüzlər 20-25, bəzi günlərdə 27 dərəcəyədək isti) göstərilir. Digər bölgələr üzr...
Gürcüstan: 10 ildə boşanmalar 5 dəfə çoxalıb
Gürcüstanın Milli Statistika Xidməti nikah və boşanma hesabatı yayıb. Novator.az xəbər verir ki, rəsmi bilgiyə görə, 2019-cu ilin ilk yarısında ölkədə 10 min 500-ə yaxın nikah bağlanıb, 5 min 300-ə yaxın cütlük boşanıb. Ən yüksək boşanma göstəricisinin paytaxt Tbilisidə qeydə alındığı bildirilir. Ya...
Populyar adların yeni statistikası
Novator.az 2019-cu ilin doqquz ayının populyar adlarının siyahısına nəzər salıb. Ədliyyə Nazirliyinin hesabatına görə, yanvar-sentyabr aylarında Azərbaycan Respublikasında doğulan qızlara ən çox Zəhra adı qoyulub. Bu adı 1741 uşaq alıb. Zeynəb adı doqquz ayda 1155, Məryəm adı 1127, Nuray adı 1124, A...
Girov mandat əldən gedir
Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina edib. Parlament rəhbərliyinə müraciətində Rafael Cəbrayılov seçicilərindən və Azərbaycan ictimaiyyətindən üzr istədiyini vurğulayıb. APA-nın məlumatına görə, Milli Məclisin 30 sentyabr iclasında çıxış edən hüquq siyasəti və dövlət quruculu...
Həbs yenə uzadılıb. Jurnalistin aclığa başladığı deyilir
Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Şəfəq Ağacanın bir neçə gündür aclıq aksiyasına başladığı bildirilir. Xəbəri Şəfəq Ağacanın təsisçisi və baş redaktoru olduğu Bakupress.az saytı yayıb. Şəfəq Ağacan mayın 1-i Bakıda tutulub. İttihama görə, o, paytaxtın Nərimanov rayonunda, 5 saylı xəs...
Milli çempionatlarda
İspaniya milli futbol çempionatında 7-ci tur başa çatıb. Novator.az-ın məlumatına görə, “Real” 15 xalla öndə durur. “Qranada” və “Atletiko” 14, “Barselona”, “Real Sosyedad” və “Sevilya” 13 xal götürüb. Almaniya çempionatında 6 tur oynanıb. “Bavariya” 14 xalla ilk pillədə dayanır. “Leypsiq”, “Fraybur...
Gəncə işi üzrə məhkum niyə ölüb?
2018-ci ilin Gəncə hadisələrinə görə həbs edilən Eşqin Quliyev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində dünyasını dəyişib. Gəncə Ağır Cinayətlər Məhkəməsi bu il sentyabrın 19-da onu 20 il müddətinə azadlıqdan məhrum etmişdi. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov APA-ya deyib ki, Quli...
Valyutaların 9 ayı
2019-cu ilin 9-cu ayının son rəsmi məzənnələri açıqlanıb. Mərkəzi Bank sentyabrın 30-da ABŞ dollarını 1,7, avronu 1,8592, Gürcüstan larisini 0,5743, Rusiya rublunu 0,0263, Türkiyə lirəsini 0,30 manata təklif edir (Valyutalar). Novator.az kursların yanvar-sentyabr aylarında necə dəyişməsinə də nəzər ...
Sabiq hökumət başçısı seçkini uddu
Avstriyada sentyabrın 29-da keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü sabiq kansler Sebastyan Kurtsun Xalq Partiyası önə çıxaraq 183 yerlik aşağı palatada 73 mandat əldə edib. Sosial Demokrat Partiyasının Milli Şura...
“Danışıqlar sonsuzadək davam edə bilməz”
Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-i BMT Baş Assambleyasının sessiyasında çıxış edib. Rəsmi məlumata görə, o, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Ermənistan Respublikasının təcavüzü Azərbaycan ərazilərinin təqribən beşdə bir hissəsinin işğalı və bir milyondan çox azərbaycanlını...