Rusiyanın nikah və boşanma statistikası
- 23 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Rusiyanın Federal Statistika Xidməti nikah göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2011-ci ildə Rusiyada 1 milyondan çox nikah rəsmiləşib, 2018-ci ilin eyni göstəricisi isə 893 mini azacıq ötüb.
18-24 yaş arası ailə quran rusiyalı qadınların sayının yeddi ildə 574,7 min nəfərdən 285,6 min nəfərə endiyi vurğulanır.
Hesabata əsasən, 35 yaşdan yuxarı ailə quran qadınların sayı cüzi artıb: 2011-ci ildə onların sayı 215,5 min nəfər, 2018-ci ildə 216,2 min nəfər olub.
Federal Statistika Xidməti qeyd edir ki, 2019-cu ilin yanvar-iyun aylarında 331,1 min nikah bağlanıb və bu, ötən ilin ilk yarısı ilə müqayisədə 12,6 faiz aşağı göstəricidir.
Yarım ildə ötən ilin eyni dövrünə nəzərən boşanmaların 21,8 faiz azaldığı da bildirilir.
Səidə Hüseynova