Yenidən qurulan küçə və yollar açılıb
- 13 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Prezident İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.
Xəbəri AZƏRTAC yayıb.
Həmin gün dövlət başçısı Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışına qatılıb.