Yeni kitablar
- 09 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
“Qanun” Nəşrlər Evində çapdan çıxmış iki yeni kitabı oxucuların diqqətinə çatdırırıq.
Sidni Şeldon
“Qaranlıqdan qorxursan?”
Berlində bir qadın küçənin ortasında qəfildən yoxa çıxır. Parisdə bir kişi özünü Eyfel qülləsindən ataraq intihar edir. Denverdə kiçik təyyarə dağlara çırpılıb partlayır. Manhattanda Cənub çayı sahillərində bir cəsəd tapılır.
Əvvəl-əvvəl baş verənlər adi bədbəxt hadisə təsiri bağışlasa da bir müddət sonra bütün şübhələr bir yerə yönəlir. Bura dünyanın beyin mərkəzi hesab olunan “Kingsley International Group” şirkətidir.
Polisin gərgin axtarışları nəticəsində ölən adamların hamısının eyni şirkətdə işlədikləri üzə çıxır. Şirkətin başçısı Tener Kinqsli ölmüş iki əməkdaşının həyat yoldaşlarını görüşə çağıraraq bütün ziyanın ödənəcəyinə və həyat yoldaşlarının ölümünün arxasında dayanan sirli səbəbin tapılacağına söz verir. Lakin onun gecikdiyi məlum olur. Çünki artıq kimlərsə onları yox etməyə qərar verib.
Ölümün bir addımlığından qayıdan iki qadını kimlər, niyə öldürməyə çalışır? Yoxsa bu qadınlar özləri də bilmədən ikinci bir hiyləgər oyunun günahkar qurbanına çevrilməkdədir?
Sidni Şeldonun kəskin süjetli romanının sualları oxucunu sona kimi tərk etmir. Lakin bir gün hər şey gün işığına çıxacaq.
Kitabın satış qiyməti: 11.90 AZN
“Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti”
“İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğəti” (müəlliflər: A.N.Abbasov, X.Asimqızı) ilk dəfə 1999-cu ildə, “Azərbaycanca-ingiliscə pedaoji-psixoloji terminlər lüqəti” isə 2006-cı ildə (müəllif prof. A.N.Abbasov) işıq üzü görüb.
Ölkədə həmin lüğətlər hazırlanana qədər pedaqoji, psixoloji söz və ifadələri, terminləri özündə birləşdirən ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə terminlər lüğəti nəşr olunmamışdı.
Yeni nəşr edilən bu lüğət 2006-cı il nəşri üzərində işlənilərək, yeni söz və ifadələr əlavə olunaraq, daha doğrusu, təkmilləşdirilmə işləri aparmaqla pedaqoji elmlər doktoru, professor Akif Abbasov tərəfindən hazırlanıb.
Lüğət doktorant və dissertantlar, magistrantlar, ingilis dili müəllimləri, “Sabah” qruplarında pedaqogika və psixologiyadan ingilis dilində təlimlər aparan mütəxəssislər üçün nəzərdə tutulub.
Kitabın satış qiyməti: 8.49 AZN
“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar. Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.