Təhsil Nazirliyi bildirir ki, 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoza əsasən, Azərbaycanın ümumi təhsil müəssisələrində 1 milyon 525 min 16 şagird təhsil alacaq. Şagirdlərin 714 min 259-u qız, 810 min 757-si oğlandır.
Statistikaya görə, ölkədə 322 ibtidai məktəb, 3307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb fəaliyyət göstərir.
Yeni tədris ilinin əvvəlində təmir-tikinti işləri yekunlaşan 43 məktəb binasının şagirdlərin istifadəsinə veriləcəyi qeyd olunur. Onların 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i modul tipli məktəbdir.