Bakılı Sankt-Peterburqun qubernatoru seçilir
- 09 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Sentyabrın 8-i Rusiyanın 16 bölgəsində xalq səsverməsi ilə qubernator seçkiləri keçirilib. Novator.az-ın məlumatına görə, Sankt-Peterburq qubernatoru postuna seçkidə bakılı Aleksandr Beqlov önə çıxıb. O, 64,6% səslə liderlik edir.
Aleksandr Beqlov 1956-cı ildə Azərbaycanın paytaxtında hərbçi ailəsində anadan olub. Leninqrad (indiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunu bitirib. Hakim Vahid Rusiya Partiyasının üzvüdür. Rusiya prezidentinin Mərkəzi Federal Dairədə və Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndəsi olub.
2018-ci il oktyabrın 3-dən Sankt-Peterburq qubernatoru səlahiyyətlərini icra edir.