Mərkəzi Bank sentyabrın 9-da Gürcüstan larisi (0,5745 manat) və Rusiya rublunu (0,0259 manat) bahalaşdırıb.
Dəyər itirən avro banklara 1,8746, Türkiyə lirəsi 0,2974 manata satılır.
ABŞ dollarının rəsmi məzənnəsi 1,7 manat həddində qalıb (Valyutalar). Bu kurs 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu manatı qorumaq üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-avqust aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 893,9 milyon dollar məbləğində vəsait satıb.