Qəza qulluğa səhlənkar yanaşma maddəsi ilə araşdırılır
Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-ü saat 22:00 radələrində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. Hərbi təyyarənin Xəzər dənizinə düşdüyü bildirilir. Pilotun axtarışı davam edir. İyulun 25-də Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlayı...
Türkiyə vətəndaşları vizadan azad olunur
Xarici İşlər Nazirliyi iyulun 25-də rəsmi açıqlama yayıb. Açıqlamada deyilir: “1 sentyabr 2019-u ildən Azərbaycana 30 günədək müddətə gəlmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv edilir. Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Resp...
“Yeni dünya”, “Qatardakı qız”
“Qanun” Nəşrlər Evi Ekxart Tollenin “Yeni dünya”, Pola Hokinsin “Qatardakı qız” əsərlərini çap edib. “Yeni dünya” kitabı sadəcə kitab deyil. Həyatın çətinliyinə dözüm və daxili rahatlıq gətirən balans reseptidir. Bütün dünya ilə münasibət qurmaq üçün metodoloji, insani və hədsiz mənəvi zənginliklə y...
Trampın komandası
Novator.az ABŞ prezidenti Donald Trampın yenilənmiş komandasının üzvlərini təqdim edir: Mayk Pens – vitse-prezident Mayk Pompeo – dövlət katibi (xarici işlər naziri) Mark Esper – müdafiə naziri Uilyam Barr – ədliyyə naziri (baş prokuror) Devid Bernhard – daxili işlər naziri Kevin Makalinan – daxili ...
Əsgərin güllələmək istədiyi starşina tutuldu
Ermənistanın İstintaq Komitəsi əsgər Volodya Qaloyanın Azərbaycanın Qarabağ bölgəsində özünü öldürməsi ilə bağlı yeni məlumat yayıb. Volodya Qaloyan iyulun 23-ü gecə saat 11 radələrində postda starşinaya avtomatla atəş açıb, ancaq onu öldürə bilməyib və silahını götürərək postdan qaçıb. Əsgərin meyi...
Üç qəzetlə bağlı yeni qərar
Nazirlər Kabineti “Azərbaycan” qəzeti, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarını yeniləyib. 2007-ci il dekabrın 30-da qəbul edilmiş qərarla redaksiyalara dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması belə müəyyənləşmişdi: “Azərbay...
Sərhəddə tapşırıq
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iyulun 24-də Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisindəki hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Rəsmi bilgiyə görə, Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən ...
Nazir cəbhə xəttində
Müdafiə naziri Zakir Həsənov iyulun 24-də cəbhə zonasına baş çəkib. Rəsmi məlumata görə, nazir bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışına qatılıb, əsgər yataqxanası, tibb məntəqəsi, döyüş texnikası üçün saxlanc, avtopark, silah otağı, ideoloji otaq, məişət ...
Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb
Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, iyulun 24-ü saat 22:00 radələrində təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala əsasən, aviasiya qəzası nəticəsində hərbi təyyarə X...
Rəsmi məzənnələr
Mərkəzi Bank iyulun 25-də Türkiyə lirəsinin məzənnəsini 0,2977 manata qaldırıb. ABŞ dolları (1,7 manat) və Rusiya rublunun (0,0269 manat) rəsmi qiymətləri dəyişməyib. Dəyər itirən avro banklara 1,8929, Gürcüstan larisi 0,5837 manata təklif olunur (Tam siyahı). Dolların indiki qiyməti 2018-ci il mart...
Dövlət Əməyin Mühafizəsi Fondu yaradılır
Əmək Məcəlləsinə dəyişiklik prezident İlham Əliyevin imzası ilə rəsmiləşib. Novator.az bildirir ki, əməyin mühafizəsi fondu məsələsini tənzimləyən 221-ci maddə yeni redaksiyada verilib. Dəyişikliyə görə, Dövlət Əməyin Mühafizəsi Fondu müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr ...
Vergilər Nazirliyinin yeni strukturu
Vergilər Nazirliyinin strukturu dəyişib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin 24 iyul sərəncamı ilə struktur belə müəyyənləşib: Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr); Milli Gəlirlər Baş İdarəsi; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İ...
Büdcə zərfi necə dəyişdi?
Prezident İlham Əliyev 2019-cu ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib. Novator.az-ın məlumatına görə, müdafiə xərcləri 3 milyard 37,6 milyon manatdan 3 milyard 187,6 milyon manata yüksəlib, sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 620,4 milyon manatdan 2 milyard 470,4 milyon man...
Məsələ Bakıya qaldı
UEFA-nın baş klub turniri olan Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası ikinci mərhələnin ilk oyununu keçirib. Novator.az-ın məlumatına görə, iyulun 24-ü İrlandiyada yerli “Dandolk”la görüşən “Qarabağ” evə 1:1 hesabı ilə dönüb. Cavab oyunu iyulun 31-i Bakıda keçiriləcək. Üçün...
Nazir və başqaları təltif olundu
İyulun 24-də prezident İlham Əliyev gənclərlə iş və idman sahəsində çalışan şəxsləri təltif edib. Gənclər və idman naziri Azad Rəhimova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib. Babayev İntiqam Vaqif oğlu, İsmayılov İsmayıl Sultan oğlu, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Hacıyev F...
Rusiyada uşaq pulu artır
Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması iyulun 24-də uşaqlı ailələrə ödəniş qanununu yeniləyib. Novator.az-ın məlumatına görə, doğulan və ya övladlığa götürülən birinci və ikinci uşaq üçün aylıq ödəniş artır. Hazırda aylıq uşaq pulu bölgədə əmək qabiliyyətli əhali üçün müəyyən olunan rəs...
Mətbuat günümüz və bu günün reallığı
Seymur Kazımov Jurnalistikanı tez-tez incəsənətlə səhv salırlar, yəni onu yaradıcılıq sahəsi hesab edirlər, üstəlik, yazı-pozunun ilahi istedad olduğunu da deyirlər. Jurnalistikanın yaradıcılıqla əlaqəsi yoxdur. O, dəqiq elm olmasa da, zərgər dəqiqliyi tələb edən peşədir. Bir az da dərinə getsək, ju...
Rəsmi işsizlər üzrə lider bölgələr
2019-cu il iyulun 1-nə Azərbaycanın məşğulluq xidməti orqanları 55 min 791 nəfərə rəsmi işsiz statusu verib, onların 832 nəfəri sığorta ödənişi alıb. Dövlət Statistika Komitəsi ödənişin orta məbləğini 221,2 manat göstərib. Novator.az-ın məlumatına görə, rəsmi işsizlər ən çox bu şəhər və rayonlarda q...
Fövqəladə hadisələrin 49 qurbanı var
Fövqəladə Hallar Nazirliyi yarım illik statistika yayıb. Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda baş verən 7141 hadisədə 49 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Yanğınlarda (evlərdə, maşınlarda, digər məkanlarda) 36 nəfərin, partlayış hadisələrində (evlərdə və isteh...
Erməni əsgərin özünü öldürdüyü açıqlandı
Ermənistanın İstintaq Komitəsi Azərbaycanın Qarabağ bölgəsində həlak olmuş əsgər Volodya Qaloyan haqqında rəsmi məlumat yayıb. Bildirilir ki, Volodya Qaloyan iyulun 23-ü saat 22:55-də postda starşinanı öldürmək istəyib. Starşinaya avtomatla atəş açan əsgər onu öldürə bilməyib və silahını götürərək p...