• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təyinatlar, bioqrafiyalar və Təhlükəsizlik Şurası haqda

  • 20 İyun 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyunun 20-də prezident İlham Əliyev Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edərək Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edib.

Daxili işlər naziri vəzifəsini isə nazirin birinci müavini Vilayət Eyvazov tutub. Yeni təyinatla əlaqədar o, daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Ramil Usubov 1948-ci il dekabrın 22-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı kəndində anadan olub. Bakı Xüsusi Orta Milis Məktəbini və SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 1970-ci ildə daxili işlər orqanlarına qəbul olunan Ramil Usubov xidmətin ilk illərində Şuşada çalışıb. 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı Şəhər-Rayon Milis Şöbəsinin rəisi olub. 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

1989-cu ildən Ramil Usubov Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi, 1991-ci ildən Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrini tutub. 11 avqust 1993-cü ildə yenidən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub. 29 aprel 1994-cü ildən daxili işlər naziri idi. General-polkovnikdir.

Vilayət Eyvazov 1968-ci ildə Culfanın Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1994-cü ildə daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. 2005-ci ildən daxili işlər nazirinin müavini, 2016-cı ildən birinci müavini olub. Polis general-leytenantıdır.

Novator.az xəbər verir ki, Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da prezident fərmanı ilə yaradılıb. Bu qurum prezident yanında məşvərətçi orqandır. Şuranın iclaslarına prezident sədrlik edir. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilənədək şuranın katibi funksiyasını Prezident Administrasiyasının rəhbəri yerinə yetirirdi.

Nazirlik bərpa edildi. Yeni nazir və DTX sədri təy...

  • 20 İyun 2019
  • comments

Nazirlər nə razılığa gəlib?

  • 21 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda