AXCP fəalı yenə həbs olunub
- 08 May 2019
- comments
- Novator.az
- Posted in Xəbər
AXCP Salyan rayon şöbəsinin fəalı Əlizamin Salayev həbs edilib.
Partiyanın sədr müavini Gözəl Bayramlının sosial şəbəkədə yaydığı məlumata görə, mayın 7-də Salyan Rayon Məhkəməsi Əlizamin Salayevə 15 sutka inzibati həbs verib.
AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Gözəl Bayramlının bildirdiyinə görə, bu il ərzində Əlizamin Salayev artıq üçüncü dəfədir ki, eyni ittihamla inzibati həbs cəzası alır. Ona yanvarda 25 sutka, fevralda 15 sutka inzibati həbs verilmişdi.