Nazirlər Kabineti yeni komissiya yaradıb
- 04 Aprel 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradıb.
Komissiyanın sədri postu baş nazirin müavininə, katibi funksiyası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdirinə həvalə olunub.
Qurumun üzvləri bu vəzifəli şəxslərdir: müdafiə nazirinin müavini; daxili işlər nazirinin müavini; mədəniyyət nazirinin müavini; gənclər və idman nazirinin müavini; təhsil nazirinin müavini; səhiyyə nazirinin müavini; maliyyə nazirinin müavini; əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini; Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini; Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini; Dövlət Turizm Agentliyi sədrinin müavini; Milli Arxiv İdarəsi rəisinin müavini; Milli Elmlər Akademiyasının vitse-prezidenti; Bakı Şəhər İcra Hakimiyyətinin başçısı; “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.