Ermənistanda inflyasiya
- 04 Aprel 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Ermənistanın Statistika Komitəsi ərzaq inflyasiyası rəqəmləri açıqlayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2019-cu ilin martında un və çörək məhsulları 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% bahalaşıb.
Statistikaya görə, il ərzində unun qiymətində 4%, çörəyin qiymətində 5% artım olub.
Ümumilikdə ərzaq məhsullarının qiyməti ötən ilin martı ilə müqayisədə 3,5% yüksəlib.
Eyni dövr ərazində tərəvəz 8,2%, meyvə 3,3%, ət məhsulları 3,6%, quş əti 11,6% bahalaşıb.
İl ərzində süd məhsulları, pendir və yumurta 0,7%, şəkər 11,8% ucuzlaşıb, yağ və piy isə 0,5% dəyər artırıb.
Səidə Hüseynova