Bakıda orta əməkhaqqı 800 manata yaxınlaşıb
- 04 Aprel 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Bakı Şəhər Statistika İdarəsi yeni göstəricilər açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2019-cu ilin yanvar-fevral aylarında sənayedə istehsalın və xidmətlərin həcmi əvvəlki ilin iki ayı ilə müqayisədə 3,7 faiz artaraq 6,4 milyard manat təşkil edib. Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz göstərilir.
İki ayda paytaxtın iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 1 milyon 295 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz az vəsait yönəldilib. Ümumi sərmayənin 51,5 faizi dövlət, 48,5 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.
Yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz, iaşə dövriyyəsi real ifadədə 4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 0,8 faiz artıb.
Hesabata əsasən, 2019-cu yanvar ayında işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,6 faiz artaraq 799 manata çatıb.