Prezident Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində
- 02 Aprel 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı hərbi hissədə aparılan yenidənqurma işləri ilə tanış olub, təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib və hərbi qulluqçularla görüşüb.