“Özümüzdən böyük Sözümüz” işıq üzü görüb
- 06 Mart 2019
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
“Özümüzdən böyük Sözümüz” – xalq şairi, yazıçı, publisist Sabir Rüstəmxanlının yeni işıq üzü görən kitabı belə adlanır.
Kitabda müəllifin ədəbi düşüncələri, dilimiz, ədəbiyyatımız, cəmiyyətimiz haqqında fikirləri, görkəmli sənətkarlarla bağlı portret-oçerkləri toplanıb.
Sabir Rüstəmxanlı “Özümüzdən böyük Sözümüz”ü “nəşrinə ən çox sevindiyim, ədəbi mövqeyimi, vətəndaşlıq tələblərimi, ruhumu aydın şəkildə əks etdirən kitab” adlandırıb.
Kitab “Qanun” nəşriyyatında çap olunub.