Rövşən Quliyevə 30 sutka həbs verilib
- 20 Fevral 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
AXCP Ali Məclisi Rəyasət Heyətinin sabiq üzvü, iqtisadçı Rövşən Quliyevə 30 sutka inzibati həbs cəzası verilib.
Son illər səhhətində yaranan problemlər üzündən fəal siyasətdən çəkilən Rövşən Quliyevin fevralın 18-i Bakıda tutulduğu, evində axtarış aparıldığı, kompüterinin götürüldüyü xəbər verilir.
AXCP-dən Novator.az-a verilən məlumata görə, Rövşən Quliyevə 30 sutkalıq inzibati həbs cəzasını fevralın 19-da Nərimanov Rayon Məhkəməsi çıxarıb. O, polisə müqavimətdə təqsirli bilinib.