Gömrükdə nə qədər pozuntu rəsmiləşib?
- 18 Fevral 2019
- comments
- Novator.az
- Posted in Xəbər
2019-cu ilin yanvar ayı üzrə gömrük pozuntularının statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, gömrük orqanları yanvarda 47 qaçaqmalçılıq faktı, 28 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 2 aksiz markası olmadan mal idxal etmə faktı, 2 gömrük ödənişindən yayınma faktı, 17 digər cinayət xarakterli fakt qeydə alıb.
İlin ilk ayı ərzində gömrük hüquqpozmalarında 76 şəxs təqsirləndirilib, 870 inzibati xəta faktı ortaya çıxarılıb.