“Avroviziya 2019”: 4 təmsilçi bəllidir
- 16 Yanvar 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Novator.az “Avroviziya 2019” beynəlxalq mahnı müsabiqəsi iştirakçılarının yenilənmiş siyahısına nəzər salıb. Yanvarın 16-dək 42 ölkədən 4-nün təmsilçisi bəllidir. Albaniyadan müsabiqəyə Yonida Maliçi, Belçikadan Eliot Vassamillet, Ermənistandan Srbui Sərkisyan, Kiprdən Tamta Qoduadze göndərilir.
İsrailin baş şəhəri Tel-Əvivdə keçiriləcək yarışmanın birinci yarımfinalı mayın 14-nə, ikinci yarımfinalı mayın 16-na, finalı mayın 18-nə təyin olunub.
Mahnı müsabiqəsində ev sahibi və təmsilçiləri bəlli ölkələrlə yanaşı Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Monteneqro, Norveç, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Ukrayna və Yunanıstan iştirak edəcək.
1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır.