Mingəçevirə yeni icra başçısı təyin olundu
- 17 Dekabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Dekabrın 17-də prezident İlham Əliyev sərəncam imzalayaraq İlham İsmayılovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.
Novator.az-ın məlumatına görə, İlham Mehdixan oğlu İsmayılov bu təyinata qədər Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu bu il avqustun 28-dən – Niyazi Bayramov Gəncəyə icra başçısı göndəriləndən boş idi.