Rusiyanın ekoloji xəritəsi
- 12 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Rusiyanın “Yaşıl patrul” ictimai təşkilatı regionların ekoloji reytinqini açıqlayıb. Novator.az bildirir ki, 2018-ci ilin payız fəslini əhatə edən hesabatda ekoloji baxımdan ən yaxşı region kimi Tambov vilayəti göstərilir.
Ekoloji durumuna görə qabaqcıl bölgələrin ilk onluğunda Altay mahalı, Altay Respublikası, Kursk, Belqorod, Murmansk və Maqadan vilayətləri, paytaxt Moskva, Komi Respublikası və Sankt-Peterburq şəhəri də qərarlaşıb.
Hesabata əsasən, ekoloji baxımdan ən acınacaqlı vəziyyət Sverdlovsk vilayətində qeydə alınıb.
Aşağı beşlikdə Çelyabinsk, İrkutsk, Moskva və Nijeqorod vilayətləri də yer alır.
Səidə Hüseynova