Moskvanın turizm gəlirləri açıqlanıb
- 12 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Rusiya paytaxtı Moskvanın turizmdən əldə etdiyi gəlirlər açıqlanıb. Novator.az-ın məlumatına görə, son illər Moskvada 50 mehmanxana kompleksinin tikildiyini və işə düşdüyünü deyən şəhər meri Sergey Sobyanin 2010-cu ildən bəri turistlərin sayının iki dəfə artdığını vurğulayıb.
Moskva meriyasının məlumatına əsasən, 2018-ci ildə turizm və festivallardan əldə olunan gəlirlərin ümumi həcmi 2010-cu illə müqayisədə dörd dəfə artaraq 112 milyard rubla (22,4 milyard manat) çatıb.
Son 8 ildə Moskva mehmanxanalarında qalan turistlərin sayının 7,8 milyon nəfər artdığı və ilin sonuna qədər 12,1 milyon nəfərə çatacağı qeyd olunur.
Səidə Hüseynova