Miqrasiya pozuntuları, cəzalar
- 12 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Dövlət Miqrasiya Xidməti aylıq hesabat yayıb. İctimaiyyətlə əlaqələr idarəsinin rəsmi məlumatına görə, noyabr ayında Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 49 min 663 müraciət qeydə alıb. Ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması yönündə 6 min 449 müraciət daxil olub.
Miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar qərarların 726-sı cəriməni, 472-si ölkə ərazisinə girişə məhdudiyyəti, 15-i müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunmasını nəzərdə tutub.
15 qərar olduğu yer üzrə qeydiyyata alınma və qeydiyyatdan çıxarılma üçün tədbirlərin görülməməsinə, 2 qərar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına görə məsuliyyəti əhatə edib.