Məğlubiyyət türklərin yolunu kəsmədi
- 12 Dekabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu tur start götürüb. Novator.az-ın məlumatına görə, D qrupunda Türkiyəni təmsil edən “Qalatasaray” dekabrın 11-i İstanbulda Portuqaliyanın “Portu” klubuna 2:3 hesabı ilə uduzsa da, üçüncü yerdə qalaraq Avropa Liqasına köçə bilib.
11 dekabr oyunlarından sonra B qrupundan “Tottenhem” (İngiltərə) 1/8 finala keçib, Avropa Liqasına vəsiqə isə “İnter”ə (İtaliya) qismət olub.
C qrupundan PSJ (Fransa) və “Liverpul” (İngiltərə) növbəti raunda adlayıb, “Napoli” (İtaliya) Avropa Liqasına ələnib.
Daha əvvəl 12 klubun (“Atletiko”, “Borussiya” (Dortmund), “Barselona”, “Portu”, “Şalke”, “Bavariya”, “Ayaks”, “Mançester Siti”, “Real”, “Roma”, “Yuventus”, “Mançester Yunayted” ) Çempionlar Liqasında, 16 klubun (“Brügge”, “Benfika”, “Valensiya”, “Bayer”, “Sürix”, “Zalsburq”, “Zenit”, “Fənərbaxça”, “Dinamo” (Zaqreb), “Arsenal” (London), “Sportinq” (Lissabon), “Betis”, “Latsio”, “Ayntraxt” (Frankfurt), “Dinamo” (Kiyev), “Çelsi”) Avropa Liqasında yola davam edəcəyi dəqiqləşib.