11 ayda 50,2 min nəfəri işlə təmin olunub
- 12 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatına görə, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin 11 ayında 50 min 211 işsiz və işaxtaran şəxsi işlə təmin edib.
Özünüməşğulluq proqramına 7,3 minədək şəxsin cəlb olunduğu, 2,7 min şəxsin mal və materiallar alaraq kiçik ailə təsərrüfatları yaratdığı bildirilir.
Yanvar-noyabr aylarında nazirliyin xətti ilə 2704 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib və peşə şəhadətnamələri verilib.