Rektor təyinatı: 5 illik müddət qoyuldu
- 11 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Dekabrın 10-da prezident İlham Əliyev “Təhsil haqqında” qanunun tətbiqi barədə 5 sentyabr 2009-cu il fərmanını yeniləyib. Novator.az bildirir ki, fərmana əlavə edilən yeni bəndə əsasən, dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək.
Yeni müddəa 10 dekabr 2018-ci ildən sonra həyata keçirilən təyinatlara şamil olunur.