Gəncədə bina partlayıb
- 20 Noyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Noyabrın 20-si səhər Gəncə şəhərindəki dördmərtəbəli yaşayış binalarının birində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.