8 əmək yarmarkasında 1545 iş yeri təqdim edilib
- 01 Noyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Məşğulluq Xidməti bu ilin oktyabr ayında 8 rayon və şəhərdə (Gədəbəy, Göyçay, Kürdəmir, Qazax, Mingəçevir, Samux, Tərtər, Yevlax) əmək yarmarkası keçirib. Yarmarkalarda 216 müəssisə üzrə 1545 vakant iş yeri təqdim edilib.
Aktiv məşğulluq tədbirlərində 400-ə yaxın şəxsə vakant iş yerlərinə göndəriş verilib. 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər ödənişli ictimai işlərə cəlb olunub.