Fövqəladə hadisələrdə 76 nəfər ölüb
- 22 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi yeni statistika açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2018-ci ilin 9 ayı ərzində baş verən yanğın hadisələrində 62 nəfər həlak olub, 127 nəfər xəsarət alıb.
Yanvar-sentyabr aylarında baş verən partlayış hadisələrində 12 nəfərin həlak olduğu, 37 nəfərin xəsarət aldığı vurğulanır.
Digər fövqəladə hadisələrdə 2 nəfər həyatını itirib.