• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni nəşrlər

  • 15 Oktyabr 2018
2
SHARES
FacebookTwitterPinterest

“Qanun” Nəşrlər Evi bu il çap etdiyi bəzi kitabları təqdim edir.

Elinor Porterin “Polliana böyüyür” kitabını Reyhan Əhmədova tərcümə edib.

Bu məşhur uşaq kitabı maraqlı qız Polliannanın həyat hekayəsinin davamıdır.

Pozitiv düşüncə tərzinə malik qız ətrafındakı bütün insanlara xoşbəxtlik bəxş edir.

Lakin həyatında elə bir məqam yetişir ki, Pollianna rastlaşdığı çətinliklərin öhdəsindən öz sehrli oyunu ilə gələ bilmir.

Bunun üçün onun yetərincə təcrübəsi yoxdur.

Belə məqamda isə həyatın özü ona kömək etməyə başlayır.

Uşaqlar üçün digər kitab Redyard Kiplinqin məşhur “Mauqli”sidir. Əsəri Mustafa Əfəndiyev tərcümə edib.

Canavar ailəsi cəngəlliyə düşmüş balaca Mauqlini qəddar Şirxa­nın əlindən xilas edib böyütməyə başlayır. Oğlan çox cəsarətlidir, həmişə canavarların balaları ilə oynayır.

Bir gün Şirxan onu gör­məyə gəlir, “Bu mənim ovumdur!” deyir və hər şey də elə bundan sonra başlanır…

Mauqli cəngəllikdə bir-birindən təhlükəli macəralarla üzləşir: gah meymunlar onu əsir götürür, gah vəhşi it­lərlə döyüşməli olur, amma onun ən əsas düşməni Şirxandır.

Oğlan sadiq dostları – məzəli Balu, müdrik Ka və tədbirli Bahi­rənin, özünə ailə hesab etdiyi canavar dəstəsinin kö­məyilə bütün çətinlikləri dəf edir.

Frida Kahlonun “Eşq və qəm” əsərində XX əsrin tanınmış simalarından olan inqilabçı və feminist müəllifin öz həyatı əks olunub.

O, ruhunu qatdığı Meksika inqilabını öz doğum günü elan edəcək qədər fərqli, dünyaya gəlməyən oğluna ad qoyub təsəvvüründə onunla danışacaq qədər xəyalpərəst, əlil arabasına məhkum qaldığı halda sənətindən və həyatından imtina etməyən, daim mübarizə aparan bir qadındır.

Nəzərdən uzaq həyatında taleyi ilə barışmağı deyil, əfsanə olmağı seçən Frida ölümü də həyat kimi başında çiçəklər və həmişəki gözəlliyi ilə qarşılayıb.

Əsəri Lalə Rəhmanova tərcümə edib.

Oşonun “Cəsarət: Təhlükəli yaşamağın sevinci” kitabı cəsarətli yaşamağın vacibliyindən, əslində cəsarətin o qədər də çətin bir keyfiyyət olmadığından bəhs edir.

Oxucularına müraciətdə əksər həmkarlarından fərqli olaraq özündənrazı yazar ədasıyla deyil, həmişə yaxın dost, sirdaş, yoldaş prizmasından yanaşan Oşo bu kitabında da bütün dünyada “hər kəsin anlaya bilməyəcəyi dərin fəlsəfi məsələlər” kimi qiymətləndirilən mövzulara sadə dillə aydınlıq gətirir.

Buddadan, Daodan misal çəkdiyi qədər Mövlanədən, Həllac Mәnsurdan, Molla Nəsrəddindən də örnəklər verərək həm Qərb, həm də Şərq oxucusunun ürəyinə yol tapan müəllifin bu kitabı insan, onun daxili aləminin necəliyi, əslində hər kəsin saf, cəsarətli, dürüst olduğu halda xarici amillərin təsiriylə korlanması haqqındadır.

Müəllif deyir: “Cəsarət” kitabının qəhrəmanı SƏNsən. Bəli, məhz SƏN!”

Kitabı Nilüfər Hacılı tərcümə edib.

Səbahəddin Əlinin “Quyucaqlı Yusuf” romanını Aygül Pəncəliyeva çevirib. Kitab gözəl, eyni zamanda qorxu dolu hadisələrlə başlayır.

Quyucaqlı Yusufla tanışlıq oxucunu Türkiyənin Edremit əyalətinin Zeytunlu kəndinə qədər aparır.

Kitabdakı hadisələr təəccübləndirmir, təsirləndirir.

Xüsusilə Səbahəddin Əlinin insanları və yaşadığı cəmiyyəti çox yaxşı tanıdığını bəlli edən təsvirlər insanı heyran edir.

Quyucaqlı Yusufun realist cərəyanın ən yetkin nümunələri sırasından olması onu çox uğurlu roman pilləsinə qaldırıb.

“Qanun” Nəşrlər Evi Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını da təkrar nəşr edib.

Kitabın 1989-cu ildə “Azərnəşr”də buraxılmış variantı əsas götürülüb. “Qanun” bu kitabı müəllifin nəvəsi Zaur Əhmədzadə ilə bağlanan müqaviləyə əsasən çap edib.

“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” Bakının keçmişindən, XX əsrin əvvəllərində neft səltənətində baş ve­rən hadi­sə­lərdən, Bakının keşməkəşli günlərindən bəhs edir.

Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şey­dən əvvəl həyat həqiqətidir. Bakının neft bumu dövrü­n­dən başlamış sovet rejiminin qurulmasına qədər olan dövr haq­qın­da bədii salna­mədir. O dövrün möhtəşəm saraylarını, imarət­lərini, qumarxanalarını, gecə klublarını, neft fontanlarını, qara qızıl çay­la­rını, ba­zarlarını, karvan­saralarını, yan­­ğınlarını, tətillərini, nümayişlərini, qan­lı toq­­quşmalarını göstərən bir güz­gü­dür.

“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” indiyədək təkrar-təkrar nəşr olunaraq 500 min nüsxə satılıb.

Ağlamaq niyə xeyirlidir?

  • 15 Oktyabr 2018

Təcrübəli təcrübəsizlər

  • 15 Oktyabr 2018

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Rəylər

Do not miss

comments
ManşetXəbər

26 iyun səfəri

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
Xəbər

Taleh Bağırovdan qərar və çağırış

comments
Xəbər

İlə 3,5 milyon avro

comments
Xəbər

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Xəbər

Gömrük statistikasının bəzi detalları

comments
Xəbər

FİFA-nın yeni reytinqi

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Xəbər

Generalın həbsi

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda