Nemət Pənahlı həbs edilib
- 15 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Siyasətçi Nemət Pənahlı həbs olunub. Həyat yoldaşı Həcər Pənahlının “Turan”a bildirdiyinə görə, Nemət Pənahlı polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib. Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlıya 30 sutka inzibati həbs cəzası verib.
Nemət Pənahlı 1980-ci illərin sonlarında xalq hərəkatının liderlərindən biri kimi tanınıb. O, 2011-2016-cı illərdə silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaq ittihamı ilə həbsdə olub.