Qeyri-neft sənayesində 10,8 faiz artım var
- 11 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 35,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz, neft sektorunda isə 0,7 faiz artıb.
Sənaye məhsulunun 73,1 faizi mədən sektorunda istehsal olunub. Neft hasilatında 0,7 faiz, əmtəəlik qaz hasilatında 2,4 faiz artım qeydə alınıb.