Məzənnələr necə yenilənib?
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Mərkəzi Bank oktyabrın 10-da avronun satış kursunu 1,9561 manata qaldırıb.
Novator.az-ın məlumatına görə, ingilis funt sterlinqi (2,2373 manat), Rusiya rublu (0,0257 manat), türk lirəsi də (0,2789 manat) bahalaşıb.
Gürcü larisinin rəsmi qiyməti 0,6468 manata düşüb, ABŞ dollarının məzənnəsi isə 1,7 manat həddində saxlanıb (Tam siyahı).
2015-ci ildə ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb. 2016-cı ilə 1,7707 manatla nöqtə qoyulub. 2017-ci il 1,7001 manatla başa çatıb və həmin kurs 2018-ci il martın 7-dək qüvvədə olub. Martın 7-dən dollar banklara 1,7 manata satılır.