Gündəlik hasilatla bağlı yeni hesabat
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Energetika Nazirliyi sentyabr ayı üzrə hesabat yayıb. Rəsmi məlumatda ötən ay üzrə gündəlik neft hasilatı 796 min barrel göstərilir. Bunun 725 min barrelinin xam neft, 71 min barrelinin kondensat olduğu, gündəlik 599 min barrel xam neft, 71 min barrel kondensat, 7 min barrel neft məhsulları ixrac edildiyi vurğulanır.
Novator.az bildirir ki, rəsmi hesabatlara əsasən, bu ilin yanvar ayında gündəlik neft hasilatı 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında 774 min barrel olub.
Oktyabrın 10-da Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 86,49 dollara satılır. Bu, büdcə qiymətindən 31,49 dollar yuxarı qiymətdir. Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib.